Reklam resmi
Reklam resmi

Rusiyada 9 yaşlı uşağı ÖLDÜRDÜ

Rusiyada 9 yaşlı uşağı ÖLDÜRDÜ
Dünya

Rusiyanın Yekaterinburq şəhərində 9 yaşlı qızın ölümü ilə bağlı valideynlər həkimləri günahlandırır.

Ajans.az xəbər verir ki, bu barədə E1.ru portalı məlumat yayıb.

Valideynlərin sözlərinə görə, uşaq uzun müddət vərəm xəstəliyindən müalicə alıb. Onlar iddia edirlər ki, müalicə zamanı yüksək dozalı dərmanların qəbulu nəticəsində qızın qaraciyərində ciddi fəsadlar yaranıb.

Məlumata görə, məktəbli 11 gün komada qalıb, lakin həyatını xilas etmək mümkün olmayıb. Hazırda valideynlər digər övladlarının da sağlamlığının bərpası üçün müalicə prosesini davam etdirirlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Yekaterinburq

Digər Xəbərlər