Reklam resmi
Reklam resmi

Şəhərin mərkəzində binanın pilləkəni ÇÖKDÜ

Şəhərin mərkəzində binanın pilləkəni ÇÖKDÜ
Cəmiyyət

Beş mərtəbəli binanın 2-ci blokunda pilləkən qırılıb, yerinə taxta qoyublar. Taxta pilləkənlərlə isə nə qalxmaq olur, nə də enmək.

Ajans.az xəbər verir ki, sözügedən hadisə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev 39 ünvanındandır.

Sakinlər deyirlər ki, bir necə gündür yaşadıqları mərtəbələrə çıxıb-düşməkdə çəkinlik çəkirlər.

1 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı idarəsindən sorğumuza cavab olaraq bildirildi ki, Nizami rayonu, Bəhruz Nuriyev 39 ünvanındakı 5 mərtəbəli yaşayış binasının ikinci girişində may ayının 21-də pilləkan qəfəsində çökmə baş verib. Dərhal təmizlik işləri aparılıb, pilləkənin hörgü işlərinə başlanılıb.

Bina 123 saylı Mənzil Kommunal İstismar sahəsinin balansındadır, yaxın günlərdə  pilləkənin tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcək.

Mövzular:
bina pilləkən çökmə

Digər Xəbərlər