Reklam resmi
Reklam resmi

Vüqar Qurbanovun anasının 7 mərasimi BAKIDA KEÇİRİLİR

Vüqar Qurbanovun anasının 7 mərasimi BAKIDA KEÇİRİLİR
Cəmiyyət

Mayın 25-i TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun anasının yas mərasimi keçiriləcək.

Ajans.az-ın əldə etdiyi məlumata görə, mayın 25-i Bakıda Heydər Məscidində TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanovun anasın yeddi mərasimi keçiriləcək. Yas mərasiminin Bakıda keçirilməsinin əsas səbəbi rayonda keçirilən yas mərasimində iştirak edə bilməyən şəxslərin iştirakını asanlaşdırmaqdır. 

Xatırladaq ki, bir neçə gün əvvəl TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun anası Xalisət Qurbanova vəfat edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Qeyd edək ki, Vüqar Qurbanov 2021–2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru təyin edilib və 16 fevral 2026-cı ildə bu vəzifədən azad edilib.

Mövzular:
TƏBİB Vüqar Qurbanov yas ana mərasim

Digər Xəbərlər