Reklam resmi
Reklam resmi

Bakıda avtomobil YANDI

Bakıda avtomobil YANDI
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Ajans.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Opel” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Yüksək temperaturun təsirindən yaxınlıqda park edilmiş “Mercedes” markalı minik avtomobilinin bamperi deformasiya edib. Xəsarət alan olmayıb.

Avtomobillərin digər hissələri yanğından mühafizə olunub.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Fövqəladə Hallar Nazirli Nərimanov Qarabağ yanğın

Digər Xəbərlər