Reklam resmi
Reklam resmi

Qatarda PARTLAYIŞ: 24 ölü, 50 yaralı var - Bu ölkədə

Qatarda  PARTLAYIŞ: 24  ölü, 50 yaralı var - Bu ölkədə
Dünya
1383

Pakistanın Bəlucistan əyalətində hərbçiləri daşıyan qatar keçərkən dəmir yolu yaxınlığında bomba partlayıb, azı 24 nəfər ölüb, 50 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press of Pakistan" məlumat yayıb.

Məlumata görə, hadisə Çaman Phatak bölgəsindən keçən dəmir yolu xəttində qeydə alınıb. Bildirilir ki, sərnişinlər Qurban bayramını qeyd etmək üçün doğma yurdlarına gedirdilər.

Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, partlayış nəticəsində dəmir yolu xətti boyu park edilmiş nəqliyyat vasitələri də zədələnib.

Hadisə yerinə polislər və xilasedicilər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
Pakistan Partlayış Bəlucistan əyaləti

Digər Xəbərlər