Reklam resmi
Reklam resmi

Naxçıvana uçuşlar dayandı- AZAL məlumat yaydı

Naxçıvana uçuşlar dayandı- AZAL məlumat yaydı
Cəmiyyət

AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb.

Ajans.az xəbər verir ki, bununla bağlı AZAL-dan məlumat verilib. Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.

Sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür. 

Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.

Mövzular:
Naxçıvan uçuş təyyarə

Digər Xəbərlər