Kazemiro "İnter Mayami"yə keçməyi planlaşdırır
Braziliyalı yarımmüdafiəçi Kazemiro İngiltərənin "Mançester Yunayted" klubundan ayrıldıqdan sonra karyerasını ABŞ-də davam etdirmək istəyir.
Ajans.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkədəki paylaşımında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, təcrübəli futbolçu İngiltərə Premyer Liqasında mayın 24-də keçiriləcək son turdan sonra "İnter Mayami" klubu ilə müqavilə imzalamağı planlaşdırır.
Mövzular: