Pensiyaçılara ŞAD XƏBƏR: Güzəştlər OLACAQ
Pensiyaçılar üçün ölkə üzrə seçilmiş marketlər, apteklər və klinikalarda xüsusi endirim imkanları tətbiq olunacaq. Yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə pensiya alan şəxslər, şəhid ailələri, qazilər, müharibə veteranları, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar bu endirimlərdən yararlana biləcəklər.
Ajans.az xəbər verir ki, layihənin tətbiqi həmin əhali qruplarının gündəlik xərclərinin azalmasına dəstək olmaqla yanaşı, onların sosial rifahının yüksəldilməsinə də xidmət edəcək.
Mövzular: