Daha iki zəvvar təyyarəsi yola düşdü
Zəvvarları daşıyan növbəti iki təyyarə Azərbaycandan Həcc ziyarətinə yola düşüb.
Ajans.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
“Bu gün üçüncü və dördüncü zəvvar təyyarələri Həcc ziyarətinə yola düşüb”, - o bildirib.
Qeyd edək ki, 2026-cı ildə bir nəfər üçün Həcc ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
Ötən gün də iki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşüb. (APA)
Mövzular: