Piyadanı avtomobil VURDU
Gəncədə piyadanı avtomobil vurub.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Samux rayon sakini, 1983-cü il təvəllüdlü E. Həzrətovu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (unikal)
Mövzular: