Reklam resmi
Reklam resmi

Azərbaycanda QAYA UÇDU: Bu yol BAĞLANDI

Azərbaycanda QAYA UÇDU: Bu yol BAĞLANDI
Cəmiyyət

İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Ajans.az AZƏRTAC-A istinadən xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.

Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
İsmayıllı–Lahıc YOL

Digər Xəbərlər