Reklam resmi
Reklam resmi

Sumqayıtda bağlanan yol bu tarixdə AÇILACAQ

Sumqayıtda bağlanan yol bu tarixdə AÇILACAQ
Cəmiyyət

Sumqayıt şəhəri “Çerkassi” küçəsində yerləşən yolda bu ilin mart ayının əvvəlindən ADSEA tərəfindən qazıntı-bərpa işləri aparılır.

Ajans.az-a daxil olan məlumatda bildirilib ki, 2 aydan çoxdur ki, yol bağlıdır. Bu da nəqliyyat və sakinlərin hərəkətində problemlər yaradıb. Sakinlər problemin həll olunmasını istəyirlər.

Məsələ ilə bağlı ADSEA-nə sorğu ünvanladıq.

Qurumdan bizə bildirildi ki, Sumqayıt şəhəri, “Çerkassi” küçəsi adlanan  ərazidə tullantı su xəttinin təmiri və bərpası istiqamətində işlər görülür. Proses hələ də davam etdirilir. 

Bərpa-qazıntı işlərinin nə vaxt bitməsi ilə də bağlı aydınlıq gətirilib.

Qeyd edilib ki, əhalidə çaşqınlıq yaratmaq üçün dəqiq vaxt qeyd etmək olmur, amma işlər müntəzəm icra edilir. İşlər bitdiyində , yolun açılması mümkün olacaq.

author picture
Zərif Sofiyeva
Mövzular:
Sumqayıt Yol Bağlı ADSEA

Digər Xəbərlər