İsrailin növbəti HÜCUMU: ÖLƏNLƏR VAR
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının Livanda həyata keçirdiyi hücumlar nəticəsində azı 8 nəfər həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, əvvəlki məlumatlarda ölənlərin sayının 4 nəfər olduğu bildirilsə də, sonradan rəqəm artıb.
Məlumata görə, zərbələr Livan paytaxtından təxminən 25 kilometr cənubda yerləşən Ciya şəhəri yaxınlığında qeydə alınıb. Burada Beyrut–Səidə magistral yolunda hərəkətdə olan iki nəqliyyat vasitəsi pilotsuz aparatlarla hədəfə alınıb.
Bundan əlavə, Saadiyat şəhərində daha bir avtomobilə raket zərbəsi endirilib.
Hadisənin detalları və hədəfə alınan şəxslərlə bağlı əlavə məlumat verilməyib.
Mövzular: