Reklam resmi
Reklam resmi

Türkiyədə dağıdıcı daşqınlar: YARALILAR VAR

Türkiyədə dağıdıcı daşqınlar: YARALILAR VAR
Cəmiyyət

Türkiyənin Samsun şəhərinin Havza rayonunda baş verən şiddətli yağışlar daşqınlara yol açıb. Qəfil yağan leysan nəticəsində küçələr və yollar su altında qalıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 12 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Şəhər mərkəzindən keçən Hacı Osman və Tersakan çaylarında suyun səviyyəsi kəskin şəkildə artıb. Daşqın riskinin yüksəlməsi səbəbilə aidiyyəti qurumlar ərazidə gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Mövzular:
Türkiyə daşqın yaralı

Digər Xəbərlər