Reklam resmi
Reklam resmi

Finlandiya prezidenti jurnalisti saunaya getməyə çağırdı

Finlandiya prezidenti jurnalisti saunaya getməyə çağırdı
Dünya

Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ qoşunlarının mümkün yerləşdirilməsi ilə bağlı sualdan sonra jurnalistə saunaya getməyi tövsiyə edib.

Ajans.az xəbər verir ki, bu barədə EUObserver-ə müsahibədə bildirib.

Finlandiyanın yanaşması soyuqqanlı və sakit qalmaqdır. Prezidentin sözlərinə görə, belə vəziyyətlərdə panikaya düşmək əvəzinə sakit düşünmək daha doğrudur.

“Hamıya saunaya getməyi, rahatlanmağı və baş verənləri sakit şəkildə dəyərləndirməyi tövsiyə edirəm”, – deyə Stubb qeyd edib.

Jurnalistin Avropanın bütün ölkələrində sauna olmaması ilə bağlı iradına cavab olaraq, prezident ona Praqada hava limanı yaxınlığında yerləşən bir saunanı da tövsiyə edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Finlandiya Aleksandr Stubb

Digər Xəbərlər