Reklam resmi
Reklam resmi

Yanğında Birmarket-ə məxsus anbara ZƏRƏR DƏYİB

Yanğında Birmarket-ə məxsus anbara ZƏRƏR DƏYİB
Cəmiyyət

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib.

Ajans.az xəbər verir ki, yanğının genişlənməsi nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib. Hadisə ilə  əlaqədar olaraq Birmarket məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər. 

Qeyd edək ki, hazırda aidiyyatı qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir. Operativ fəaliyyətlərinə görə aidiyyatı qurumlara, anlayışlarına görə isə müştərilərimizə təşəkkür edirik.

Mövzular:
yanğın birmarket

Digər Xəbərlər