Bakıda daha bir kollektor ÇÖKDÜ
Kanalizasiya kollektoru bir neçə yerdən çökdü, dərinliyi 2 metrə yaxın yarğan yarandı.
Ajans.az xəbər verir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində onlarla ev 2 aya yaxındır təhlükə altındadır.
Çirkab suların yaratdığı yarğana uşaq, qoca kişi, hətta avtomobil belə düşüb.
Aidiyyəti qurumlardan sakinlərin zənglərinə cavab olaraq bildirlib ki, kollektorun üzərindəki evlər sökülməlidir.
Mövzular: