Reklam resmi
Reklam resmi

Xarici valyutada əmanətlər 40 %-dən çox artıb

Xarici valyutada əmanətlər 40 %-dən çox artıb
İqtisadiyyat

Bu il mayın 1-nə Naxçıvanda əhalinin əmanətləri 41 milyon 421,8 min manat təşkil edib.

Ajans.az xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəli ilə müqayisədə 8,2 %, ötən il mayın 1-nə nisbətən isə 47,3 % çoxdur.

Ümumi əmanət portfelinin 94 %-i, yaxud 38 milyon 956,5 min manatı milli valyutanın payına düşüb. Bu, illik müqayisədə 47,7 % çoxdur.

İl ərzində xarici valyutada əmanətlər 40,4 % artaraq 2 milyon 465,3 min manat ekvavalentinə çatıb.

Mövzular:
Naxçıvan Muxtar Respublikası xarici valyuta əmanət

Digər Xəbərlər