Zabratda DƏHŞƏT: Küçə su altında QALDI
Sabunçu rayonunun Zabrat qəsəbəsində su borusunun partlaması ərazidə yaşayan sakinlərin həyat şəraitini çətinləşdirib.
Ajans.az xəbər verir ki, görüntülərdə suyun küçəyə axdığı, ətraf ərazilərdə gölməçələr yaratdığı müşahidə edilir.
Həmçinin stansiya ərazisinə və dəmiryolu xətlərinin altına su dolduğu bildirilir.
Sakinlər problemin qısa müddətdə aradan qaldırılmasını və aidiyyəti qurumların tədbir görməsini tələb edirlər./oxu.az
View this post on Instagram
Mövzular: