Reklam resmi
Reklam resmi

Bakı Metropoliteninin iş rejimində DƏYİŞİKLİK

Bakı Metropoliteninin iş rejimində DƏYİŞİKLİK
Cəmiyyət

Bakı Metropoliteni qeyri-iş günləri ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.

Metropolitendən Ajans.az-a verilən məlumata görə, 9 May − Faşizm Üzərində Qələbə Günü və mayın 11-də “28 May-Əhmədli” və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə, həmçinin “Cəfər Cabbarlı-Xətai” və “Həzi Aslanov-Əhmədli” mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.

“İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq”, - məlumatda qeyd olunur.

Bizi telegramda izləyin

Mövzular:
metro sərnişin

Digər Xəbərlər