Sarkozi həbs cəzasından azad edildi
Fransanın 2007-2012-ci illərdə prezidenti olmuş Nikolya Sarkozi 2012-ci il seçki kampaniyası xərclərinin normadan artıq olması işi üzrə cəzanın icrası çərçivəsində şərti olaraq vaxtından əvvəl azad edilib.
Ajans.az xəbər verir ki, bu barədə Paris Apellyasiya Məhkəməsi qərar verib.
Məhkəmə Sarkozinin cəzanın icra qaydasının yüngülləşdirilməsi ilə bağlı vəsatətini təmin edib. Beləliklə, sabiq prezident bu iş üzrə çəkməli olduğu altı aylıq real həbs müddətini elektron qolbaqla keçirməyəcək.
Mövzular: