Bakıda yeni dairəvi yollar qurulacaq
Xırdalan və Sumqayıtdan gələnlər "20 Yanvar" dairəsinə daxil olmadan birbaşa metronun "Koroğlu" stansiyası istiqamətinə hərəkət edə biləcəklər. Çünki paytaxtda yeni dairəvi yollar qurulacaq.
Ajans.az xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu üçün Dövlət Proqramı" çərçivəsində paytaxt və Abşeron yarımadasında mövcud nəqliyyat problemlərinin köklü həlli üçün mühüm addımlar atılacaq.
Bu layihələrin yekunlaşması ilə şəhərin mərkəzinin və əsas magistralların yükü azalacaq.
Mövzular: