Azərbaycanda bu banka sanksiya QOYULUB?
"Yelo Bank”la bağlı hər hansı problem yoxdur.
Ajans.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
O vurğulayıb ki, Avropa İttifaqının sanksiya paketinə “Yelo Bank”ın daxil edilməsi anlaşılmazlığın nəticəsidir:
"“Yelo Bank”ın Rusiya sisteminə qoşulması Rusiya-Ukrayna münaqişəsindən əvvələ təsadüf edib. O sistem də artıq bağlanıb. “Yelo Bank” həm likvidlik, həm də kapital adekvatlığı baxımından kifayət qədər dayanıqlıdır. Sadəcə bank tərəfindən ödənişlərdə hansısa çətinliklər ola bilər".
Mövzular: