Reklam resmi
Reklam resmi

Bu aptekdə vaxtı keçmiş dərmanlar TAPILDI

Bu aptekdə vaxtı keçmiş dərmanlar TAPILDI
Cəmiyyət

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən və Yusif Mərdan oğlu Məmmədova məxsus olan baytarlıq aptekində yoxlama keçiriblər.

Ajans.az xəbər verir ki, bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığı məlum olub və bir sıra nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, yararlılıq müddəti bitmiş baytarlıq preparatları satışdan kənarlaşdırılıb və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

author picture
Zərif Sofiyeva
Mövzular:
baytarlıq apteki Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi dərmanlar yoxlama

Digər Xəbərlər