Reklam resmi
Reklam resmi

Sahibsiz heyvanlarla bağlı bu qaydalar QÜVVƏYƏ MİNİB

Sahibsiz heyvanlarla bağlı bu qaydalar QÜVVƏYƏ MİNİB
Cəmiyyət

Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları 2026-cı il mayın 4-dən qüvvəyə minib.

Ajans.az-ın əldə etdiyi məlumata görə, sığınacaqda fizioloji vəziyyətindən asılı olaraq baxıma ehtiyacı olan heyvanlara xüsusi diqqət göstərilməlidir.

Heyvanlar bir-birinə zərər verməsinin qarşısının alınması məqsədilə oxşar etioloji xüsusiyyətləri nəzərə alınaraq bir yerdə saxlanıla biləcək.

Sığınacaqda heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi yalnız baytarlıq mütəxəssisi tərəfindən həyata keçirilməlidir.

Kliniki müayinələrin aparılması zamanı heyvanda xüsusi təhlükəli xəstəliklərə yoluxma şübhəsi aşkar edildikdə bu barədə dərhal Qida Təhlükəsizliyi Agentliyinə və Aqrar Xidmətlər Agentliyinə məlumat verilməli və sığınacağın baytarlıq mütəxəssisi tərəfindən həmin heyvandan diaqnostik nümunələr (qanın və ya patoloji materialın) götürülərək Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilməlidir.

Sığınacaqları ziyarət edən şəxslərin saxlanılan heyvanlara birbaşa toxunmasının və onlarla təmas qurmasının qarşısı alınmalıdır.

Sığınacağın otaq və bölmələrinin döşəməsi və qəfəslər təmiz saxlanılmalı, bölmələrdəki altlıqlar hər gün təmizlənməli və minimum iki gündə bir dəfə dezinfeksiya edilməlidir.

Kimyəvi dezinfeksiyaedici maddələrlə aparılan təmizlik işləri həmin maddələrin təlimatına uyğun olmalı və heyvanlara zərər verməməlidir.

Mövzular:
heyvan baytar

Digər Xəbərlər