Buxur loungeda KÜTLƏVİ DAVA ilə bağlı ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən “Buxur” loungeda müştərilər arasında kütləvi dava baş verib.
Ajans.az xəbər verir ki, hadisə anı ətrafdakı şəxslər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə yayılıb. Görüntülərdə tərəflər arasında gərginliyin qısa zamanda böyüdüyü müşahidə olunur, insidentin səbəbi isə hələ dəqiq məlum deyil.
DİN-in Mətbuat Xidmətindən Ajans.az-a verilən məlumata görə hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Mövzular: