Reklam resmi
Reklam resmi

"Kəpəz" "Sumqayıt"ı məğlub edib

\"Kəpəz\" \"Sumqayıt\"ı məğlub edib
İdman

Misli Premyer Liqasında XXX tura start verilib.

Ajans.az xəbər verir ki, günün ilk oyununda "Sumqayıt" səfərdə "Kəpəz"lə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 2:1.

"Sarı-göylər"in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Kəpəz" 10-cu pillədə qərarlaşıb. "Sumqayıt" 38 xalla 7-ci sıradadır.

Günün ikinci matçında "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.

Mövzular:
"Sumqayıt" "Kəpəz" İdman Futbol

Digər Xəbərlər