David Seliverstov yüksək vəzifəyə təyin olunub
Global Həmrəylik Şurasının qərarına əsasən, hüquq müdafiəçisi David Seliverstov Azərbaycan Respublikası üzrə sədr və eyni zamanda Qafqaz regionu üzrə regional komissar vəzifəsinə təyin olunub.
Ajans.az xəbər verir ki, David Seliverstov fəaliyyətini birlik, qarşılıqlı hörmət, hüquqi hesabatlılıq, ədalət və davamlı inkişaf prinsipləri əsasında quracağını bildirib. Onun əsas missiyası Azərbaycan, Qafqaz regionu və beynəlxalq tərəfdaşlar arasında konstruktiv əməkdaşlığın gücləndirilməsi olacaq.
David Seliverstovun hüquq müdafiəsi sahəsində zəngin təcrübəsi və beynəlxalq səviyyədə dialoq qurmaq bacarığı bu təyinatı strateji baxımdan əhəmiyyətli edir.

Mövzular: