Reklam resmi
Reklam resmi

Yerin təkindən qanunsuz istifadə edənlər saxlanıldı - VİDEO

Yerin təkindən qanunsuz istifadə edənlər saxlanıldı - VİDEO
Cəmiyyət

Balakəndə yerin təkindən qanunsuz istifadə edən şəxslər müəyyən olunublar.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 2 nəfər müəyyən olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Araşdırma aparılır.

Mövzular:
yol qanunsuz

Digər Xəbərlər