Reklam resmi
Reklam resmi

Bu şəxslər üçün yeni rüsum MÜƏYYƏNLƏŞİR

Bu şəxslər üçün yeni rüsum MÜƏYYƏNLƏŞİR
Cəmiyyət

Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin reyestrə daxil edilməsi üçün rüsum müəyyənləşəcək.

Ajans.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumu 550 manat olacaq.

Bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

author picture
Murad Əliyev
Mövzular:
Milli Məclis

Digər Xəbərlər