Reklam resmi
Reklam resmi

Əhaliyə XƏBƏRDARLIQ

Əhaliyə XƏBƏRDARLIQ
Cəmiyyət

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq olunub.

Milli Hidrometeorologiya Xidmətindən  Ajans.az-a bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qazax, Ağstafa, Şəmkir, Tovuz, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qobustan, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Samux, Gəncə, Gədəbəy, Göygöl, Zəngilan, Yevlax, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Quba, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Salyan, Hacıqabul, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Mövzular:
Milli Hidrometeorologiya Xidməti Xəbərdarlıq Küləkli hava

Digər Xəbərlər