Reklam resmi
Reklam resmi

İcazə alıb evə gedən məhkum arvadını ÖLDÜRDÜ- Bu ölkədə...

İcazə alıb evə gedən məhkum arvadını ÖLDÜRDÜ- Bu ölkədə...
Dünya
1182

Türkiyədə kişi arvadını qətlə yetirib.

Ajans.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhərində baş verib.

44 yaşlı Çətin Çubuk atəş açaraq 2 uşaq anası olan 39 yaşlı arvadı, Nurcanı öldürüb. Daha sonra o, polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs olunub.

Məlumata görə, Çətin Çubuk bir neçə gün əvvəl həbsxanada cəza çəkirmiş və arvadını görmək üçün icazəli olaraq evə buraxılıb. O, aprelin 20-də cəzaçəkmə müəssisəsinə qayıtmalı olsa da, bunu etməyib. Arvadı Nurcan Çubuk ərinə gedib təslim olmasını, əks halda qapalı tipli həbsxanaya köçürüləcəyindən qorxaraq xəbərdarlıq edib. Bundan əsəbiləşən Çətin Çubuk tapança ilə atəş açaraq qadını öldürüb.

Hazırda araşdırma aparılır.

Mövzular:
Türkiyə hadisə

Digər Xəbərlər