Reklam resmi
Reklam resmi

ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərdi

ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərdi
Dünya

ABŞ Yaxın Şərq bölgəsindəki aviasiya qruplaşmasını gücləndirmək üçün əlavə olaraq Dəniz Piyadaları Korpusuna məxsus 12 ədəd "F/A-18C/D" qırıcısından ibarət eskadrilya göndərib.

Ajans.az xəbər verir ki, qırıcılar Azor adalarındakı (Portuqaliya) "Lajeş" aviabazasından havaya qalxıblar. "Flightradar24" aviasiya resursunun məlumatına görə, Cəbəllüttariq boğazını keçən qırıcılar hazırda ABŞ-yə məxsus səkkiz yanacaqdolduran təyyarənin müşayiəti ilə Aralıq dənizi üzərində uçurlar. Onların Yaxın Şərqdə dəqiq hansı bazada yerləşdiriləcəyi məlum deyil.

Mövzular:
ABŞ İran hücum

Digər Xəbərlər