Reklam resmi
Reklam resmi

Sahibkarlar üçün böyük şans: GÜZƏŞTLƏR ARTIR

Sahibkarlar üçün böyük şans: GÜZƏŞTLƏR ARTIR
İqtisadiyyat

Sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta (MDSS) haqqı minimum aylıq əməkhaqqının (400 AZN) 15%-dən az, 100%-dən çox olmamaq şərtilə hesablanır. Bu məbləğ xərclər çıxılmadan, yəni ümumi gəlirin 2%-i kimi müəyyən edilir.

Mövzu ilə bağlı deputat Vüqar Bayramov Ajans.az-a danışıb.

Deputat bildirib ki, mikro sahibkarlar üçün dövriyyəyə vergi güzəştləri və sosial haqlarının hesablanması dövriyyəyə uyğun olaraq müəyyənləşir. Bu, digər ölkələrdə də belədir. Çünki bir tərəfdə mikro sahibkarlar öz dövriyyəsindən 2% sadələşdirilmiş vergi ödəyirlər.

Əvvəlki illərdə bu məbləğ 200.000 manat idi. Bu ildən etibarən mikro sahibkarlar üçün sadələşdirilmiş dövriyyə həddi 200.000 manatdan 400.000 manata qaldırılır. Yəni, əgər mikro sahibkarın dövriyyəsi 400.000 manatdan azdırsa, o zaman 2% sadələşdirilmiş vergi ödəyir.

Vüqar Bayramov deyib ki, bu dövriyyə nəzərə alınaraq hesablanan vergidir və bu tip vergilər hesablananda məhz ümumi dövriyyə əsas götürülür. Yəni, gəlir və xərclər ayrıca qiymətləndirilmir.

Sosial ödənişlərlə bağlı da yeni güzəştlər tətbiq olunur və nəzərə alınsa ki, həmin güzəştlər əsasən ümumi dövriyyəsi 45.000 manatdan az olanlar üçün 75% təşkil edir, bu təxminən 5% vergi deməkdir.

Onun sözlərinə görə, məhz mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız üçün tətbiq olunur və onlar ümumi dövriyyədən 5% vergi ödəyir, digər vergiləri ödəmirlər. Ona görə də həm sosial haqlarda, həm də vergilərdə dövriyyənin nəzərə alınması birbaşa mikro və fərdi sahibkarlıq fəaliyyətinə olan yanaşma ilə bağlıdır.

Burada gəlir və xərclərin çıxılması əslində mənfəətin hesablanması deməkdir. Bu halda isə mikro sahibkarlar mənfəət vergisinə də cəlb oluna bilərlər. Ona görə də mövcud mexanizm ümumi dövriyyəyə əsaslanır və güzəştlər də ümumi dövriyyə nəzərə alınmaqla tətbiq olunur.

author picture
Zərif Sofiyeva
Mövzular:
Sahibkarlıq fəaliyyəti Güzəştlər Vüqar Bayramov

Digər Xəbərlər