Zelenski Türkiyəyə müraciət edib
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında birbaşa görüşün təşkili üçün Kiyev Türkiyədən dəstək istəyib.
Ajans.az Forbes.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfi bir sıra digər paytaxtlara da müraciət edib, lakin Türkiyə mümkün danışıqlar üçün əsas məkanlardan biri kimi qiymətləndirilir.
Nazir qeyd edib ki, Kiyev Rusiya və Belarus istisna olmaqla, istənilən ölkədə belə bir görüş keçirməyə hazırdır.
Mövzular: