Kapital Bank bu layihələri REALLAŞDIRIB
Kapital Bank ötən il ərzində görülən sosial məsuliyyət layihələri barədə məlumat açıqladı.
Ajans.az xəbər verir ki, Kapital Bank ötən il ərzində KSM strategiyası çərçivəsində "Arzumuz var", "Dəyişiklik səndən başlayır", "Birbank tələbə təqaüd proqramı", "Spark tələbə təqaüd proqramı" kimi layihələri reallaşdırıb. Həmçinin, Birbank tətbiqində “İşarət dili ilə videozəng xidməti” müştərilərin istifadəsinə verilib. Eyni zamanda bu ildən etibarən bankın 6 filialında da eşitmə və nitq məhdudiyyətli vətəndaşlara işarət dilində xidmət göstəriləcək. Bu barədə bankın İctimaiyyətlə Əlaqələr prosesinin sahibi Arzu Əliyeva mətbuat konfransında bildirib.
Mövzular: