Reklam resmi
Reklam resmi

Bakı metrosunda sıxlıq yaranıb

Bakı metrosunda sıxlıq yaranıb
Cəmiyyət

Bakı metrosunda səhər saatlarından sərnişin sıxlığı müşahidə olunur. Hazırda metronun bir sıra stansiyalarında platforma və keçidlərdə sıxlıq yaranıb.

“Bakı Metropoliteni” QSC-dən Ajans.az-a  verilən məlumata görə, sıxlığa səbəb qatarlararası intervalın 2,5 dəqiqə olması və qatarların hərəkətinin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir:

"Aprelin 22-də günün əsas sərnişin axını saatlarında “28 May-Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur".

Qeyd edək ki, dünən 12:00 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara girişə məhdudiyyət qoyulub. Saat 15.00-da stansiyalara giriş bərpa edilib.

Mövzular:
Bakı metrosu Sıxlıq

Digər Xəbərlər