Reklam resmi
Reklam resmi

Gənc qıza təcavüz edib donuzların qabağına atdı - ŞOK

Gənc qıza təcavüz edib donuzların qabağına atdı - ŞOK
Kriminal

Xəbər verdiyimiz kimi, Rusiyanın Krasnoyarsk vilayətində 17 yaşlı Milena Şevelyova donuzlar tərəfindən parçalanaraq öldürülüb.

Ajans.az xəbər verir ki, hadisə ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. 

17 yaşlı Milena Şevelyova atasına kin bəsləyən 41 yaşlı ferma işçisi İqor Zaykanın hücumuna məruz qalıb. Zaika gənc qızı huşunu itirərək cinsi istismar edib, sonra isə donuzların hücumuna məruz qoyub. Hadisədən sonra gənc qız qan itkisindən dünyasını dəyişib. Zaika xüsusi vəhşilik və yetkinlik yaşına çatmayan qıza qarşı cinsi təcavüzlə bağlı qətldə ittiham olunaraq mühakimə edilir.

41 yaşlı İqor Zaika müdirinin qızını vəhşicəsinə döydüyünü etiraf edib.

Hadisə Milena evdə tək ikən və donuzları bəsləyərkən baş verib. Əvvəlcə gənc qızın sadəcə olaraq aqressiv donuzlar tərəfindən öldürüldüyü güman edilib. Şübhəli şəxs sorğu-sual zamanı “İçəri girdim, müdirin qızı orada idi... dalaşdıq” ifadəsini işlədib.

 

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya Qız Təcavüz Donuzlar Parçalandı Qan itkisi Ölüm Hücum

Digər Xəbərlər