İran Hörmüzün bağlandığını ELAN ETDİ
İranın mülki gəmilərin "Larak dəhlizi"ndən keçməsinə icazə verməsi ilə bağlı açıqlamadan sonra bir sıra gəmilər Hörmüz boğazından keçib.
Ajans.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.
"Lakin atəşkəs şərtləri ilə bağlı öhdəliyin pozulması nəticəsində ABŞ İran gəmilərinin və limanlarının dəniz mühasirəsini ləğv etməyib, buna görə də bu gün axşamdan etibarən Hörmüz boğazı bu mühasirə ləğv edilənə qədər bağlanır", - bəyanatda qeyd olunub.
Mövzular: