Qardaşını körpəsinin önündə öldürən şəxsə HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Ajans.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror çıxışında A.Nurinin 18 il 3 ay müddətinə azadlıqdan məhrum edilməli olduğunu bildirib.
Daha sonra məhkəmənin hökmü oxunub. Qərara əsasən, Amin Nuri 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. (oxu.az)
Mövzular: