Reklam resmi
Reklam resmi

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları artıb
Cəmiyyət

Bu ilin yanvar-mart aylarında Azərbaycandan hava nəqliyyatı ilə 912,6 min və ya əvvəlki ilə nisbətən 5,5% çox sərnişin daşınıb.

Bu barədə Ajans.az   Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 11,4% azalaraq 82 min ton olub.

Xatırladaq ki, ötən il Azərbaycandan hava nəqliyyatı ilə 4162,1 min və ya əvvəlki ilə nisbətən 2,9% çox sərnişin daşınıb. Hesabat dövründə yükdaşıma 6,6% azalaraq 391,2 min ton olub.

Mövzular:
Azərbaycan hava nəqliyyatı artım

Digər Xəbərlər