Reklam resmi
Reklam resmi

Salyandan daha bir şikayət: Dağılan yollar, aşıb-daşan zibillik - VİDEO

Salyandan daha bir şikayət: Dağılan yollar, aşıb-daşan zibillik - VİDEO
Gündəm

Salyan rayonundan gələn şikayətlərin ardı-arası kəsilmir.

Ajans.az-a müraciət edən yerli sakinlər bu dəfə də başqa problemdən şikayətçidirlər. Görüntülərdən də açıq-aydın məlum olur ki, yollar bərbad vəziyyətdədir. 

Yollarda asvalt örtüyü yoxdur və hər tərəf palçıqla əhatələnib. Nəzərəçarpan digər nüanslardan biri də odur ki, yollarda zibil qutuları yoxdur və insanlar bu barədə çətinlik çəkir.

Qeyd edək ki, ötən günlərdə də Salyanın Fikrət Zərgərli küçəsində yüzlərlə sakinin yaşadığı problemi işıqlandırmışdıq. Həmin şikayət də insanların yolla bağlı yaşadığı çətinlik, küçələrin bərbad günə qalması ilə bağlı idi. 

Ajans.az xəbəri yayımladıqdan sonra Salyan Rayon İcra Hakimiyyəti açıqlama verib. 

Tezliklə bu və digər ərazilərin də normal vəziyyətə gələcəyinə ümid edirik və inanırıq. Həmçinin mövzunu da diqqətdə saxlayacayıq.

Ətraflı videoda:

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Aytac Əsəd
Mövzular:
Salyan yol problem şikayət palçıq

Digər Xəbərlər