Reklam resmi
Reklam resmi

Bakıda 550 küçə yuyulub

Bakıda 550 küçə yuyulub
Cəmiyyət

Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Bu barədə Ajans.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 550 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Mövzular:
bakı küçə təmizlik

Digər Xəbərlər