Reklam resmi
Reklam resmi

"Netflix" ulduzu 320 minlik narkotiklə yaxalandı

\"Netflix\" ulduzu 320 minlik narkotiklə yaxalandı
Şou Biznes

“Netflix” realiti ulduzu İngiltərəyə 150 ​​min funt sterlinq dəyərində narkotik keçirməyə cəhd edərkən yaxalanıb.

Ajans.az xəbər verir ki, 27 yaşlı Olqa Bednarska Tailanddan qayıdarkən Mançester hava limanında gömrük işçiləri tərəfindən saxlanılıb. Bednarska narkotik vasitənin idxalını qaçaqmalçılıq yolu ilə keçirməkdə təqsirli bilinib və iki il müddətinə şərti olaraq 20 aylıq həbs cəzası alıb.

Bednarskaya 15 günlük reabilitasiya fəaliyyəti tələbi də verilib. “The Sun” nəşrinə görə, “Too Hot to Handle” serialının ulduzu çantaların ona Teks adlı dostu tərəfindən verdiyini iddia edib. Hal-hazırda o, həbsdədir.

author picture
Ajans_az Muxbir
Mövzular:
Netflix Ulduzu İngiltərə Narkotik Həbs

Digər Xəbərlər