Şirvandakı zəhərlənmə ilə bağlı ARAŞDIRMA APARILIR
Dünən Şirvan şəhərində bir ailənin 5 üzvü pizzadan zəhərlənib. Ailə üzvləri Şirvan şəhər Mərkəzi rayon xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilir ki, aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Mövzular: