Türkiyədə İsrail səfirliyinə bu şəxslər HÜCUM EDİB
Türkiyə Daxili İşlər Nazirliyi İstanbuldakı İsrail konsulluğuna silahlı hücumu törədən şəxslərin kimliyini müəyyən edib.
Ajans.az xəbər verir ki,Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, hücum edənlərdən biri dini radikal təşkilatla əlaqəlidir, digər iki nəfər isə qardaşdır.
Məlumata görə, hadisə çərşənbə axşamı İstanbulda İsrail konsulluğunun yerləşdiyi binanın qarşısında baş verib. Hücum edən üç nəfərdən biri zərərsizləşdirilib, ikisi yaralanıb. Atışma zamanı iki polis əməkdaşı da yüngül xəsarət alıb.
Nazirin sözlərinə görə, hücum edənlər İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gəliblər. Araşdırma zamanı onlardan birinin dini ekstremist təşkilatla əlaqəsi, digər qardaşlardan birinin isə narkotik qaçaqmalçılığı ilə bağlı cinayət keçmişinin olduğu müəyyən edilib.
“İstanbuldakı Yapı Kredi Plaza binasının qarşısında xidmət aparan polis əməkdaşlarımızla atışmada iştirak edən üç nəfər zərərsizləşdirilib. Atışma zamanı iki polis əməkdaşımız yüngül yaralanıb”, – deyə nazir qeyd edib.
Faktla bağlı araşdırma davam etdirilir.