I kurs tələbəsi vəfat etdi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin Fizika müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Esmira Elxan qızı İsyeva dünyasını dəyişib.
Ajans.az xəbər verir ki, bu barədə universitetin Mətbuat xidmətindən bildirilib.
Pedaqoji Universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti adından mərhumun yaxınlarına başsağlığı verilib. Esmira İsyeva "AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.Allah rəhmət eləsin!