Reklam resmi
Reklam resmi

Məktəblərdə davamiyyət AZALDI- XƏBƏRDARLIQ

Məktəblərdə davamiyyət AZALDI- XƏBƏRDARLIQ
Cəmiyyət
388

İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir. Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır.

MÜTDA-dan Ajans.az-ın sorğusuna cavab olaraq, bildirilib ki,   hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır. Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə kiçik yaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik.

author picture
Zərif Sofiyeva
Mövzular:
MÜTDA Məktəb

Digər Xəbərlər