Reklam resmi
Reklam resmi

İrandan Trampa : Sistemindəki çatışmazlıqları ört-basdır etməyə çalışır

İrandan Trampa : Sistemindəki çatışmazlıqları ört-basdır etməyə çalışır
Dünya

ABŞ Prezidenti Donald Tramp öz xalqının rifahını təhlükəyə ataraq digər ölkələri hədələyir.

Ajans.az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif deyib.

Arif bildirib ki, Tramp müharibədən bəhanə kimi istifadə edərək ABŞ-də sosial sahələrdəki problemləri, o cümlədən uşaq bağçaları və səhiyyə sistemindəki çatışmazlıqları ört-basdır etməyə çalışır.

Onun sözlərinə görə, ABŞ prezidenti bir gün əvvəl daxili problemləri əsas gətirərək mövqeyini əsaslandırmağa çalışıb, növbəti gün isə İrana qarşı elektrik stansiyaları və körpülərin məhv ediləcəyi ilə bağlı hədələr səsləndirib.

İran rəsmisi qeyd edib ki, başqalarını hədələmək naminə öz xalqının rifahını qurban verən şəxs hələ də daş dövründə yaşayır.

Mövzular:
ABŞ Prezident Donald Tramp İran Məhəmməd Rza Arif

Digər Xəbərlər