Reklam resmi
Reklam resmi

Vüsal Nəsirli qaynını vəzifəyə təyin edib?

Vüsal Nəsirli qaynını vəzifəyə təyin edib?
Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

Ajans.az xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, Məmmədəliyev Mahmud Məmməd oğlu AAYDA-nın idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olub.

Maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin məhz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilib.

Mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, müşavir təyin edilən M. Məmmədəliyev AAYDA sədri Vüsal Nəsirlinin qaynıdır. AAYDA nın mətbuat xidmətindən Ajans.az-a bildirdilər ki, bu məlumat səhvdir. Təyin olunan şəxs Vüsal Nəsirlinin qaynı deyil.

Mövzular:
AAYDA vəzifə Vüsal Nəsirli

Digər Xəbərlər